Dərc edilib: 23-10-2019

https://www.nuh.az/21012-.html

Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edildi

23.10.2019 16:34:01

Dünya

Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Bizimxeber.az-ın məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib