Dərc edilib: 23-10-2019

https://www.nuh.az/21015-.html

Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildi

23.10.2019 17:08:50

Reportaj

Bu saatlarda Rəyasət Heyətində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni prezidenti seçilib. Tədbirdə AMEA-nın prezidentliyi vəzifəsindən ötən gün istefa vermiş akademik Akif Əlizadə çıxış edib.


O, alimlərə müraciət edərək, akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti seçməyə səsləyib.  Daha sonra Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib.

Qeyd edək ki, Ramiz Ənvər oğlu Mehdiyev 1995-ci ildən bu günədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. AMEA-nın həqiqi üzvü, Həqiqi Dövlət müşaviridir. Akademik Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Hazırda onun 81 yaşı var.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib