Dərc edilib: 24-10-2019

https://www.nuh.az/21028-.html

Dilarə Seyidzadə “Şərəf” ordeni ilə təltif edildi

24.10.2019 19:04:58

Mədəniyyət

Prezident İlham Əliyev Dilarə Seyidzadənin "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə "Şərəf” ordeni ilə təltif edilib. 
 
Qeyd edək ki, Dilarə Seyidzadə Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktorudur. O, 1997-1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998-1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisin müavini-Prezidentin köməkçisi vəzifələrində çalışıb. 16 noyabr 1999-cu il tarixdən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini tutur. Sabah onun 80 yaşı tamam olur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib