Dərc edilib: 25-10-2019

https://www.nuh.az/21035-.html

82 yaşlı deputat: "Seçkidə iştirak etməyəcəyəm”

25.10.2019 13:44:57

Mədəniyyət

"Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm”. 

Bu barədə unikal.org-a Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək: 
"Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.
Qeyd edək ki, dünən Ağacan Əbiyevin 82 yaşı tamam olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib