Dərc edilib: 28-10-2019

https://www.nuh.az/21063-.html

Vilayət Eyvazov tanınmış polkovniklə bağlı əmr verdi

28.10.2019 13:09:17

Cəmiyyət

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı ilə bağlı daha bir əmr imzalayıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazirin bir müddət əvvəl imzaladığı əmrlə nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Canpolad Daanov tutduğu vəzifəsindən azad edilərək DİN-in Polis Akademiyası rəisinin birinci müavini vəzifəsinə təyin olunub.

C.Daanov daha əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) İstintaq Şöbəsinin rəisi olub.


NUH informasiya agentliyi səhifəsindən çap edilib