Dərc edilib: 30-10-2019

https://www.nuh.az/21081-.html

Sergey Şoyqu Azərbaycana gəldi

30.10.2019 09:16:13

Region

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu MDB ölkələri iştirakçılarının Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana gəlib.


“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, iclas sabah baş tutacaq.

“İclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələr kompleksinə baxılacaq”, - deyə Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib. Bundan başqa, 2019-cu ildə hərbi sahədə qarşılıqlı əlaqələrin yekun vurulması, MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası layihəsinə baxılması nəzərdə tutulur.

Qeyd edək ki, Müdafiə Nazirləri Şurasının iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edəcəklər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib