Dərc edilib: 01-11-2019

https://www.nuh.az/21104-.html

Xaçmazın yeni İH başçısı Elnur Rzayev kimdir? - DOSYE

01.11.2019 11:38:02

Mədəniyyət

Prezidentin sərəncamıyla Xaçmaz rayon İH başçısı təyin edilən Elnur Rzayev yeni təyinata kimi Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. 

Qaynarinfo xəbəbr verir ki, Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə  Qərbi Azərbaycanın  Aşağı Şorca kəndində anadan olub.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə  həmin Universitetdə "İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Bələdiyyə  idarəetməsi” ixtisası üzrə təhsil alıb.
2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon  şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, bundan sonra isə Gəncə ASAN Xidmətin rəhbəri vəzifələrində çalışıb. 
Ailəlidir, 3 övladı var.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib