Dərc edilib: 01-11-2019

https://www.nuh.az/21107-.html

“Azəriqaz”ın rəhbəri işdən çıxarıldı - Yeni təyinat

01.11.2019 12:06:22

İqtisadiyyat

Növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılıb.


Modern.az   məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub. 

Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor təyinat xəbərini təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Qeyd edək ki, Əkbər Hacıyev “Azəriqaz”ın sədri postuna 2009- cu ildə təyin olunub. O, 10 il bu vəzifəni icra edib.

R. Əliyev isə həmin qurumda satış və istismar üzrə müavin vəzifəsində çalışıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib