Dərc edilib: 01-11-2019

https://www.nuh.az/21108-.html

Rövnəq Abdullayevdən yeni təyinatlar

01.11.2019 12:18:21

Dünya

SOCAR-ın mətbuat xidməti şirkətin idarə və müəssisələrinin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı rəsmi məlumat yayıb. 


“Qafqazinfo”ya daxil olan məlumata görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə adları aşağıda qeyd edilən şəxslər tutduqları vəzifələrdən azad olunaraq, yeni vəzifələrə müvəqqəti təyin olunublar: 

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, 

“Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, 

Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri, 

Heydər Əliyev adına NEZ-in direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, 

Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib