Dərc edilib: 01-11-2019

https://www.nuh.az/21109-.html

Ramiz Mehdiyevin yerinə təyinat oldu

01.11.2019 14:59:21

Siyasət

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri vəzifəsinə yeni təyinat olub.

 

  “Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin verdiyi sərəncama əsasən, Samir Rafiq oğlu Nuriyev Administrasiyanın rəhbəri təyin edilib. Qeyd edək ki, S. Nuriyev bu təyinata qədər Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri olub. Dövlət başçısının bundan əvvəl verdiyi sərəncamla Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib