Dərc edilib: 01-11-2019

https://www.nuh.az/21110-.html

Administrasiyanın yeni rəhbəri kimdir?

01.11.2019 15:10:38

Region

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi  Prezident Administrasiyasına rəhbər təyin edib.


“Qafqazinfo” yeni Administrasiya rəhbərinin tərcümeyi-halını oxuculara təqdim edir:

Samir Nuriyev 1975-ci ildə Bakıda anadan olub. 

O, 1996-cı ildə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

2006-cı ildə o, Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib.

Prezidentin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin olunub.

O, 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə gətirilib. İki il sonra isə MİDA-nın İdarə Heyətinin sədri təyin edilib.

Prezidentin 21 aprel 2018-ci il-ci il Sərəncamı ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri vəzifəsinə təyinat alıb.

Evlidir, iki uşaq atasıdır.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib