Dərc edilib: 03-11-2019

https://www.nuh.az/21126-.html

Qubanın icra başçısı Çexiyada

03.11.2019 18:59:58

İqtisadiyyat

Cavanşir Həsənli yazır. 
Ziyəddin Əliyevdən daha bir xəbər var. Qubanın icra başçısı xaricdəki şirkətləri ilə bağlı sənədlərin ortaya çıxmasından təlaşlanıb.
Xüsusilə son günlər bəzi məmurlarla bağlı qərarlar cənab icra başçısını ciddi narahat edib və izi itirmək üçün Çexiyadakı şirkətinin təsisçiliyindən imtina edib.
Çexiya Maliyyə Nazirliyinin reyestr məlumatlarına görə 6 gün əvvəl, yəni oktyabrın 29-da Brnoda fəaliyyət göstərən AZ-SERVİCE NR SRO şirkətinin təsisçisi ilə bağlı dəyişikliklər edilib. Sənədlərə görə şirkətin 100 faizlik payına sahib olan Ziyəddin Əliyevin adı təsisçilik hüququ ləğv edilib, şirkət bütünlüklə icra başçısının oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib.
Son proseslərdən sonra onun Çexiyadakı şirkətlə tələm-tələsik qərar qəbul etməsi onu deməyə əsas verir ki, bu barədə cənab Əliyevə yuxarılardan məsləhət verilib.
Reyestrə daxil edilmiş son məlumatlara görə icra başçısının Brnodakı şirkətinin aktivləri 14 milyon 849 min krona (650 min dollar) çatlb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib