Dərc edilib: 04-11-2019

https://www.nuh.az/21127-.html

Zakir Qaralov Əli Nağıyevin yerinə onu təyin etdi

04.11.2019 11:37:42

Reportaj

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.

 

Oxu.Az   xəbər verir ki, bununla bağlı müvafiq əmri Baş prokuror Zakir Qaralov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Mürsəliyev Emin Ramiz oğlu təyinat alıb.  E.Mürsəliyev bundan əvvəl İdarənin Əməliyyat  İdarəsinin rəisi işləyib. 

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni qısa müddət Fuad Rəsulov yerinə yetirib. 

Xatırladaq ki, uzun illər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində Əli Nağıyev çalışıb. Prezident İlham Əliyevin 20 iyun tarixli sərəncamı ilə Ə.Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib