Dərc edilib: 04-11-2019

https://www.nuh.az/21128-.html

Müsavat-ın başqan müavinləri təsdiqləndi

04.11.2019 11:44:37

Maraqlı

Bu gün Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib. İclasın təşkilati məsələlər bölümündə gizli səsvermə yolu ilə Məclisin sədri və katibi müəyyənləşib. Həmçinin MNTK-da boş qalan yerlərə və Divana seçkilər keçirilib. Arif Hacılı bir həftə ərzində öz müşavirlərini də təyin edəcəyini bildirib.

“Qafqazinfo” Müsavat Partiyasına istinadən seçkilərin nəticələrini təqdim edir: 

Nüşabə Sadıqlı Məclisin sədri, Fəridə Ələsgərli isə Məclisin katibi seçilib.

Tamilla Axundova və Sadiq Abdullayev MNTK üzvü seçiliblər.

Divana üzv seçilənlər:

Almaz Əliqızı

Fəridə  Ələsgərli

Könül Alı

Nüşabə Sadıxlı

 Fərəc Kərimli

 Gülağa Aslanlı

 Hidayət İsmayıl

 Mustafa Hacıbəyli

 Nemət Kərimli

 Osman Kazımov

 Rafiq İsmayıl

 Razim Əmiraslanlı

 Səxavət Soltanlı

 Yusif Tağı

Gülağa Aslanlı – Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri;

Razim Əmiraslanlı – Müsavat başqanının təşkilat məsələləri üzrə müavini;

Fərəc Kərimli – Müsavat başqanının təbliğat məslələri üzrə müavini;

Nemət Kərimli – Müsavat başqanının hüquq siyasəti və ictimai əlaqələr üzrə müavini”

Osman Kazımov – Müsavat başqanının hüquq və insan haqları üzrə müavini;

Səxavət Soltanlı – Müsavat başqanının xarici siyasət məsələləri üzrə müavini.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib