Dərc edilib: 05-11-2019

https://www.nuh.az/21133-.html

Ukrayna NATO-ya üzv olacaq

05.11.2019 11:21:04

Müsahibə

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Şimali Atlantika Alyansına üzv olacağına dair söz verib.

 

“Qafqazinfo”nun məlumatına görə, bu bəyanatla o, “1+1” telekanalına müsahibəsi çərçivəsində çıxış edib. 

“Ukraynann NATO-ya üzvlüyü ilə bağlı bütün müttəfiqlər razılığa gəlib”, - deyə o bildirib.

Baş katibin sözlərinə görə, Çernoqoriya, Şimali Makedoniya, Polşa və Baltika ölkələri NATO-ya üzv olmalarını təsəvvürlərinə belə gətirmirdilər, ona görə də bu, Ukrayna üçün də mümkünsüz deyil.

Stoltenberq bildirib ki, alyans Kiyevə islahatların gücləndirilməsində və ölkənin modernləşdirilməsində köməklik göstərəcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib