Dərc edilib: 05-11-2019

https://www.nuh.az/21138-.html

"Müsavat"da Əli İnsanovun iştirakı ilə müşavirə keçirilir

05.11.2019 15:57:51

Cəmiyyət

Müsavat Partiyasının qərargahında siyasi partiya liderlərinin və siyasətçilərin iştirakı ilə dəyirmi masa keçirilir.
musavat.com  xəbər verir ki, Müsavat Partiyası başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan tədbirin mediaya açıq olan hissəsində iştirakçılar media üçün tədbirlə bağlı məlumat veriblər.
Giriş sözü ilə çıxış edən Arif Hacılı bildirib ki, bu tədbirdə Azərbaycanda mövcud ictimai-siyasi durum və bu vəziyyətdən çıxış yolları müzakirə olunacaq. O, tədbirin mediaya açıq olan hissəsində əlifba sırasına uyğun olaraq Dəyirmi Masa iştirakçılarının çıxış edəcəyini deyib.
Tədbirdə Müsavat partiyası başqanı, habelə sabiq səhiyyə naziri Əli İnsanov, eks Müsavat başqanı İsa Qəmbər, AXP sədri Pənah Hüseyn, AXCP sədri Əli Kərimli, Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə iştirak edir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib