Dərc edilib: 07-11-2019

https://www.nuh.az/21162-.html

Yeni səhiyyə naziri Elsevər Ağayev olacaq

07.11.2019 12:33:20

Maqazin

Bu gün Azərbaycanda ən çox tənqid olunan nazirliklərdən biri və birincisi Səhiyyə Nazirliyidir. Həkim səhlənkarlığından tutmuş, həkim terroruna kimi, dərmanların keyfiyyətsizliyindən tutmuş "Aptek əməlliyyat"larına kimi bütün neqativ hallar yalnız Səhiyyə Nazirliyində müşahidə olunur.

Bu yaxınlarda isə səhiyyə naziri Oqtay Şirəliyevin görəvdən alınacağı haqda xəbərlər yayıldı. DİA.AZ bildirir ki, artıq yeni nazirin kimliyi barədə müəyyən informasiyalar yayılmaqdadır. Söhbət hazırda nazir müavini postunu tutan Elsevər Ağayevdən gedir. Bildirilir ki, artıq Elsevər Ağayev nazir ola bilməsi üçün hərəkətə keçib...

DİA.AZ-a danışan mənbə iddia edir ki, zamanında Əli İnsanovun kadrı olaraq diqqətə gələn və onun "qara kassası" kimi tanınan Elsevər Ağayev artıq iqtidarda özünə müəyyən dayaqlar da formalaşdıra bilib: "Hər halda inandrıcı görünmür ki, Əli İnsanovdan qalan və bu gün səhiyyə sistemində gizli dərman biznesindən tutmuş daha neçə şirkli işlərə adı bulaşmış Elsevər Ağayev nazir təyin olunsun. Amma adam hərəkətdədir".

Əlavə bilgilərimiz olacaq.

İddia olunanlarla bağlı Elsevər müəllimin də fikirlərini işıqlandırmaq istərdik...

NUH informasiya agentliyi səhifəsindən çap edilib