Dərc edilib: 08-11-2019

https://www.nuh.az/21173-.html

Şəhid barədə niyə heç bir məlumat verilmir?

08.11.2019 15:09:08

Hadisə

Ötən gün Dövlət Sərhəd Xidmətinin əsgəri, 2000-ci il təvəllüdlü Babək Vəli oğlu Aslanov  cəbhənin Qazax istiqamətində şəhid olub. Artıq məlumatı təsdiqləyən  şəhidin  dəfnindən çəkilən videogörüntülər də yayılıb. 


Xaçmaz rayonunun yeni icra başçısı Elnur Rzayev də dəfn mərasiminə qatılıb və təsdiqləyib.

Amma təəssüflər olsun ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti hələ də susur. Babək Vəli oğlu Aslanovun hansı şəraitdə şəhid olması barədə heç bir məlumat verilmir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib