Dərc edilib: 09-11-2019

https://www.nuh.az/21187-.html

Vilayət Eyvazov paytaxt sakinləri ilə görüşdü

09.11.2019 17:43:54

Hadisə

Noyabrın 9-da - Dövlət Bayrağı Günü general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində növbəti vətəndaş qəbulunu keçirərək müraciət etmiş 23 paytaxt sakini ilə görüşüb.


Nazir daxili işlər orqanlarının cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmini və digər sahələrdəki fəaliyyəti ilə bağlı onların üzləşdikləri problemləri dinləyib, qaldırdıqları məsələlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, cari ilin son 3 ayı ərzində nazir Vilayət Eyvazov qəbul üçün müraciət edən 90 nəfər Bakı şəhər sakinini DİN-də qəbul edərək onları şəxsən dinləyib və problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib