Dərc edilib: 10-11-2019

https://www.nuh.az/21193-.html

Bakıda 40 min dollarlıq brilyant oğurlandı

10.11.2019 11:05:24

Reportaj

Bakı sakini zərgəri ona məxsus üzüyün brilyant qaşını dəyişdirməkdə günahlandırıb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bildirilib ki, 48 yaşlı Zəminə Məhərrəmova bu barədə Sabunçu rayonu 14-cü Polis Bölməsinə müraciət edib.

Qadın noyabrın 6-da V.Vəliyev adlı zərgərin onun üzüyünün 40 min dollar dəyərində brilyant qaşını sirkon qaşla dəyişdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib