Dərc edilib: 11-11-2019

https://www.nuh.az/21197-.html

Heydər Əliyev Mərkəzində konsert - Video

11.11.2019 09:24:44

Mədəniyyət

Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq" ritm qrupunun konserti olub.

"Qafqazinfo" xəbər verir ki, qrup "Qaytağ", "Qaval rəqsi", "Bir qəlbdə iki ruh", "Yaradılış", "Atəşgah" və digər kompozisiyalarını, eyni zamanda məhz bu konsert üçün hazırladığı yeni nömrələri təqdim edib.

İki saata yaxın davam edən konsert gözəl səhnə tərtibatı, rəngarəng performansla yadda qalıb və anşlaqla izlənilib.

 

 



 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib