Dərc edilib: 11-11-2019

https://www.nuh.az/21203-.html

Xose və qardaşı Rafael Hüseynovu kim bıçaqlayıb ?

11.11.2019 12:51:53

Kriminal

Bakının Pirallahı rayonunda restoranların birində baş vermiş bıçaqlanma hadisəsində yaralılardan biri aparıcı - 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç, digəri onun qardaşı - 1988-ci il təvəllüdlü Rafael Hüseynov olub.

Səhiyyə Nazirliyindən yaralıların vəziyyəti ilə bağlı “Qafqazinfo”ya daxil olan məlumatda deyilir:

 “Pirallahı rayonunda vaş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59 da gəlib. Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər. Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib