Dərc edilib: 12-11-2019

https://www.nuh.az/21208-.html

Maqomayevin xanımı xəstəxanaya yerləşdirildi

12.11.2019 11:32:57

Hadisə

SSRİ-nin məşhur opera müğənnisi, mərhum Xalq artisti Müslüm Maqomayevin xanımı Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki,  o, özəl klinikalaların birinin ürək-cərrahiyə şöbəsinə yerləşdirilib. 76 yaşlı müğənninin hazırda müayinəsi aparılır.

Onun cərrahi müdaxiləyə və ya konservativ müalicəyə ehtiyacının olub-olmamağı müəyyələşdirilir.

Sinyavskayanın səhhəti barədə məlumat hələ ki, yoxdur.

 


 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib