Dərc edilib: 12-11-2019

https://www.nuh.az/21209-.html

" BakMetro"nun yeni rəisi Qədəşov

12.11.2019 11:43:28

İqtisadiyyat

"Bakı Metropoliteni" QSC-nin Təlim-tədris Mərkəzinin rəisi Fuad Tağızadə təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib. 

 "Report"   xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətinin sədri Zaur Hüseynov əmr imzalayıb. 
Onun digər əmri ilə Rüfət Qədəşov adı çəkilən Mərkəzə rəis təyin olunub. Bununla belə, F.Tağızadə bundan sonra R.Qədəşovun müşaviri kimi əmək fəaliyyətini davam etdirəcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib