Dərc edilib: 12-11-2019

https://www.nuh.az/21210-.html

Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq

12.11.2019 11:48:24

Region

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətili yaxınlaşır.
Qaynarinfo xəbər verir ki, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili noyabrın 16-da başlayacaq. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.
Məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.
Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib