Dərc edilib: 16-11-2019

https://www.nuh.az/21257-.html

Zakir Fərəcovun qardaşı Ərdoğana müraciət edib

16.11.2019 17:52:09

Kriminal

Tanınmış jurnalist  Cavanşir Həsənli yazır : 

 

Yadınızdadırsa, bir müddət əvvəl Sumqayıtın icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovun Türkiyədə aldadıldığı barədə məlumat yaymışdım. Həmin məlumatda bildirmişdim ki, Kuşadasında ona saxta sənədlərlə dəyəri bir necə milyon olan restoran və mənzil satılmış, daha sonra əmlak əlindən alınmışdır. Bu səbəbdən də keçmiş deputat Türkiyə prezidentinə şikayət məktub yazmışdı və həmin məktubu yaymışdım.

 
Amma Nazim Fərəcov dərhal bu məlumatı təkzib etmişdi. Nazim Fərəcov AzToday.az-a açıqlamasında Türkiyədə hər hansı bir biznesinin olması ilə bağlı məlumatları "yalan" adlandırmışdı. Demişdi ki, guya belə bir şey olmayıb və Türkiyə prezidentinə də məktub yazmayıb:
“Türkiyə prezidentinə hər hansı bir müraciət etməmişəm. Bu yalanı kim və hansı məqsədlə quraşdırıb, bilmirəm. Yayılan məlumat həqiqəti əks etdirmir. Türkiyədə də hər hansı bir biznesim yoxdur”.
İndi siz Türkiyə prezidentinə şikayətlər ünvanlanan aşağıdakı linkə daxil olub, icra başçısının təkzib etdiyi məktubla bir daha tanış ola bilərsiniz.

NUH informasiya agentliyi səhifəsindən çap edilib