Dərc edilib: 19-11-2019

https://www.nuh.az/21283-.html

Həyat yoldaşı Elçin Əlibəylini döydü - Xəstəxanaya yerləşdirildi

19.11.2019 16:33:19

İdman

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.


Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Dilrubə Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib