Dərc edilib: 20-11-2019

https://www.nuh.az/21302-.html

Idmançılara xəbərdarlıq - “Uduzsanız, ölkəyə qayıtmayın”

20.11.2019 22:53:26

LIVE

Belarus prezidenti Aleksandr Lukaşenko idmançıların 2019-cu il nəticələrindən razı qalmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Milli Olimpiya Komitəsinin iclasında deyib. O bildirib ki, 2019-cu ildə Belarus idmançıları dünya çempionatlarında cəmi 8 medal qazana biliblər. Lukaşenko xəbərdarlıq edib ki, 2020-ci ildə Tokioda Olimpiya oyunlarından nəticəsiz qayıdan idmançılar, məşqçilər postlarından qovulacaqlar:

“Buna görə də məşqçilər, məsləhətçilər, mütəxəssislər yaxşı fikirləşsinlər. Tokioya turist kimi gedib heç nəsiz qayıtmaqdansa , yaxşısı budur ölkəyə qayıtmasınlar”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib