Dərc edilib: 21-11-2019

https://www.nuh.az/21304-.html

İtaliyada fişəng fabrikində partlayış - 4 ölü, 2 yaralı + Video

21.11.2019 09:38:24

Region

İtaliyanın Siciliya adasında pirotexnika anbarında baş vermiş partlayış nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb.

 

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “La Republica” qəzeti xəbər verib.

İnsident Messina əyalətinin Barçellona-Potstso-di-Qotto yaşayış məntəqəsində baş verib. Anbar fişəng istehsalı ilə məşğul olan özəl şirkətə məxsusdur.

Ölənlər arasında şirkət sahibinin arvadı, yaralılar arasında isə onun oğlunun olduğu qeyd edilir. Daha bir nəfər itkin düşüb.

Hadisənin təfərrüatları aydınlaşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib