Dərc edilib: 21-11-2019

https://www.nuh.az/21305-.html

Azərbaycan bloqeri erməni kilsəsinə girdi - VİDEO

21.11.2019 09:47:35

Müsahibə

Ermənistanın baş naziri Nikol Paşinyan və Milandakı erməni icmasının nümayəndələri arasında kilsədə keçirilən görüşdə bir azərbaycanlı video bloqerin iştirakı ilə qeyri-adi hadisə baş verib.


Oraya toplaşanlar üçün gözlənilmədən azərbaycanlı video bloqer Ata Abdullayev baş nazir N. Paşinyana xoşagəlməz suallar verməyə başlayıb.

A.Abdullayev özü bununla bağlı Facebook səhifəsində video yayıb. Azərbaycanlı Ermənistan hökumətinin başçısından soruşub: "Bütün dünya ermənilər tərəfindən azərbaycanlıların soyqırımını tanıdı, buna nə vaxt son qoyulacaq. Bu müharibəni dayandırın, bizə müharibə lazım deyil, torpaqlarımızı azad edin ki, Xocalımı, Şuşamı görüm. Barış istəyirəm, sülh nə vaxt olacaq?”.

Nikol Paşinyan erməni kilsəsində azərbaycanlını görəndə özünü itirib. Bununla belə, Ermənistanın baş naziri deyib ki, "qeyd etmək lazımdır ki, azərbaycanlı erməni kilsəsindədir və Ermənistanın hökumət başçısına sual verir”.

Ata Abdullayev həmçinin Paşinyandan Qarabağın işğal zonasında həbsdə olan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Akif Şahbazovun azad edilməsini tələb edib.

A.Abdullayevin sosial şəbəkələrdə yaydığı videonu diqqətinizə çatdırırıq. (virtualaz.org)

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib