Dərc edilib: 21-11-2019

https://www.nuh.az/21307-.html

Bakıda avtobus qəzası: yaralılar var

21.11.2019 10:08:35

Günün sitatı

Bakının Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.

Səhiyyə Nazirliyindən Qaynarinfo-ya verilən xəbərə görə, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə, 6 nəfər xəsarət alıb. 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla KTM-ə çatdırılıblar . 17 yaşlı oğlana yerində yardım edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib