Dərc edilib: 22-11-2019

https://www.nuh.az/21328-.html

Xəstəlik yayan şprisləri satanların arxasında kim dayanır? Ekspert

22.11.2019 12:55:00

Müsahibə

"Standartlara uyğun olmayan, aptekləri zəbt etmiş,vətəndaşların sağlamlığı üçün təhlükə törədən Saxta və keyfiyyətsiz şprislərlə bağlı dövlət orqanlarına və mətbuata verdiyim məlumatlara görə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə çağrıldım".

Bu barədə Bizimyol.info-ya Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
Birlik sədri qeyd edib ki, Azərbaycan Standartlaşdırma İnstitutu insanların həyat və sağlamlığının qorunmasının təmin etmək üçün birdəfəlik şprislərlə bağlı yeni standart təsdiqləyib.
"Mənə bildirildi ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə heç bir vətəndaşdan standartlara uyğun olmayan şprislərlə bağlı şikayət daxil olmayıb. Mən də dedim ki şprisləri həkimlər istifadə edir və ya həkin rəyi ilə alır.
Təəssüf edirəm ki, böyük dövlət hesabına tikilmiş şpris zavodu susur. Zavod bazarın zibillənməsinə susur.
Əhalinin sağlamlığının keşiyində durmalı olan Səhiyyə Nazirliyi əslində təhlükəli və standartlara uyğun olmayan şprislərin Azərbaycanda satışına lobbiçilik edir. Azərbaycan Standartlaşdırma İnstitutu qərarı və İqtisadiyyat Nazirliyinin göstərişi Səhiyyə Nazirliyi tərəfindən nəzərə alınmır”,-deyə Eyyub Hüseynov bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib