Dərc edilib: 22-11-2019

https://www.nuh.az/21339-.html

“Mən niyə istefa verməliyəm ki ?!” – Komitə sədri

22.11.2019 18:37:56

Hadisə
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova haqqında yayılan istefa xəbərlərinə münasibət bildirib.

Bu barədə Modern.az-a danışan Hicran Hüseynova istefa verəcəyi barədə deyilənləri şayiə adlandırıb:
“Mən niyə istefa verməliyəm ki? Bu ayrı məsələdir.

Onu cənab prezident bilər. Prezident yaxşı bilir ki, kimə nə vaxt getmək, kimə nə vaxt gəlmək lazımdır. O hamıdan yaxşı bilir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib