Dərc edilib: 23-11-2019

https://www.nuh.az/21352-.html

“Qohumlarınızı, sevgililərinizi işə götürməyin”

23.11.2019 01:03:58

LIVE

Belarus prezidenti Aleksandr Lukaşenko inteqrasiya strukturlarına və holdinqlərə işəgötürmə ilə bağlı xəbərdarlıq edib.

“Qafqazinfo” life.ru-ya istinadən xəbər verir ki, Belarus prezidenti şirkət rəhbərlərinə işə qohumları, oğulları və məşuqələri əvəzinə, peşəkarları götürməyi məsləhət görüb:

“Qohum, uşaq, sevgili axtarmayın. Yaxşı mütəxəssis axtarın”.

Xatırladaq ki, bir qədər əvvəl ölkənin ən gənc deputatı seçilən “Miss Belarus -2018” qalibi Mariya Vasilyeviçlə Lukaşenkonun “romantik əlaqələri”nin olduğu iddia edilmiş, prezident isə bu iddiaları rədd etmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib