Dərc edilib: 23-11-2019

https://www.nuh.az/21361-.html

Azərbaycan əsgəri İstanbulu almaq istəyən erməni polkovnikini məhv etdi

23.11.2019 09:54:23

LIVE

Bu gün erməni cəmiyyəti 22 noyabr 1942-ci ildə anadan olan və 27 il bundan öncə Qarabağda işğalçılıq müharibəsi aparan məşhur erməni polkovniki Leonid Azqaldyanın ölümünün 27-ci ildönümünü qeyd edib.

 

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Azərbaycana qarşı aparılan işğalçılıq müharibəsində xüsusi qəddarlığı ilə ad çıxaran, Azərbaycanla yanaşı, Türkiyə tortpaqlarına da göz dikdiyini açıq-aydın dilə gətirən Leonid Azqaldyan, 1992-ci ilin 21 iyun tarixində qəhrəman Azərbaycan əsgərləri tərəfindən Ağdərədəki döyüşlərdə məhv edilib.

 

Erməni polkovnikinin ölümünün ildönümü ərəfəsində onunla bağlı xatirələrini dilə gətirən ermənilər, Leonid Azqaldyan və onun timsalında erməni millətçilərinin Türkiyə ilə bağlı planlarından da bəhs edib. Leonid Azqaldyanın döyüş yoldaşı polkovnik Hovsep Hovsepyan onun Türkiyə torpaqlarına da göz dikdiyini, ən böyük arzusunun İstanbul uğrunda şəhid düşmək olduğunu bildirib:

 

“O, ad gününü qeyd etməyi sevmirdi. Hər gün onun üçün doğum günü idi, çünki hər gün silah dostları ilə birlikdə idi. O, sovet dönəmində gizli şəkildə düşərgə qurub erməni torpaqlarını qurtarmaq üçün manevrlər gerçəkləşdirirdi.

 

O, Qarabağ uğrunda vuruşarkən sanki xəyalında Ərzurumu, Vanı, Qarsı azad edirdi.  Leonid Azqaldyan deyirdi ki, “əgər gəlib mənim öldüyümü sizə desələr inamayın, çünki mən İstanbul divarları altında şəhid olacam”.

 

Leonid Azqaldyanla bağlı deyilənlər ermənilərin hələ sovet dönəmində Azərbaycana qarşı hərbi müstəvidə təxribatlar həyata keçirdiyini təsdiqləyir. Habelə, deyilənlər ermənilərin Azərbaycanla yanaşı, Türkiyə torpaqlarına da göz dikdiklərini, bu torpaqlara təcavüz etmək üçün fürsət gözlədiklərini göstərir.

 

Həmçinin, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan ordusu Qarabağ döyüşlərində yalnız Azərbaycana deyil, Türkiyə və eləcə də digər türk dövlətlərinin torpaqlarına göz dikən qəsbkarları məhv edib və bu, ordumuzun türk dünyası qarşısındakı tarixi xidməti kimi qiymətləndirilməlidir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib