Dərc edilib: 23-11-2019

https://www.nuh.az/21364-.html

Xızıda qarın hündürlüyü 22 sm-ə çatdı

23.11.2019 11:13:51

LIVE

Quba, Qusar və Xızı rayonlarına ötən gün qar yağmaqda davam edib.
APA   xəbərinə görə, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 22 santimetr təşkil edib, temperatur isə mənfi 6 dərəcə olub.
Qubanın Qırız kəndində 16 sm, Xınalıqda 12 sm, Təngəaltında 18 sm, Quba rayonunun mərkəzində isə 7 sm qar müşahidə olunub. Qubada ən aşağı temperatur mənfi 18 dərəcə olmaqla Xınalıqda qeydə alınıb.
Qusarın Ləzə kəndində qarın hündürlüyü 16 sm-ə çatıb, temperatur isə mənfi 15 dərəcəyədək aşağı düşüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib