Dərc edilib: 23-11-2019

https://www.nuh.az/21370-.html

Azərbaycanlı jurnalistlər Şuşada olublar

23.11.2019 20:46:44

Region

ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.

Bu barədə "Qafqazinfo"ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O, qeyd edib ki, səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. "Erməni jurnalistləri azərbaycanlı həmkarları, QHT nümayəndələri, akademik dairələr, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması ilə görüşüblər. Azərbaycanda olarkən erməni jurnalistləri, habelə müsəlman, xristian və yəhudi dini ziyarətgahlarına baş çəkiblər", - deyə L.Abdullayeva eyd edib.

Azpost.info-nun yaydığı məlumata görə, Ermənistandan Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV”-nın əməkdaşı Edqar Elbakyan gəlib.

Azərbaycandan isə Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib