Dərc edilib: 23-11-2019

https://www.nuh.az/21371-.html

Mehriban Əliyeva “Azərbaycan” pavilyonunun açılışında

23.11.2019 20:58:00

Cəmiyyət

Bu gün Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub.


"Qafqazinfo" xəbər verir ki, mərasimdə Rusiyada rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

Mehriban Əliyeva, Leyla Əliyeva və Valentina Matviyenkonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin direktoru Sergey Şaqurov qarşılayıb. Mehriban Əliyeva və Valentina Matviyenko “Azərbaycan” pavilyonunun rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra pavilyonun yenidənqurmadan əvvəlki və təmir işləri aparılan zaman görüntüləri əks etdirən stendlə tanışlıq olub.

Birinci vitse-prezidenti və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri fəxri qonaqlar kitabına ürək sözlərini yazıblar.

 







NUH informasiya agentliyi səhifəsindən çap edilib