Dərc edilib: 23-11-2019

https://www.nuh.az/21372-.html

General Rasim Əliyevlə bağlı sosial şəbəkədə şok iddia – VİDEO

23.11.2019 21:09:19

Hadisə

İki gündür sosial şəbəkələrdə Müdafiə Nazirliyinin yüksək çinli hərbi qulluçqularının ünvanına ciddi ittihamlar səsləndirilir. Bu gün daha bir ittiham və videogörüntü sosial şəbəkədə yayılıb. 

Nur Sadiğova adlı sosial şəbəkə istifadəçisi Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general Rasim Əliyevin gecə satlarında restorandan bir xanımla çıxdıgını təsdiqləyən videogörüntüləri yayaraq onu mənəviyyatsızlıqda günahlandırıb.

Sosial şəbəkə istifadəçisi iddia edib ki, videogörüntülərdəki xanım sözügedən idarənin əməkdaşıdır.

 

 

Videogörüntünü etik prinsipləri nəzərə alaraq və ya təsdiq olunmayan videogörüntü hesab edərək yaymırıq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib