Dərc edilib: 23-11-2019

https://www.nuh.az/21374-.html

Azərbaycanlı jurnalist Şuşa və Kəlbəcərdən şəkillər paylaşdı

23.11.2019 22:38:52

Region
Xəbər verdiyimiz kimi, ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.
Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Səfərə gedənlər arasında 1news.az saytının müxbiri Elşən Rüstəmov də olub.
O, Kəlbəcər və Şuşadan çəkdiyi fotoları şəxsi feysbuk hesabında paylaşıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib