Dərc edilib: 24-11-2019

https://www.nuh.az/21375-.html

Metronun bu stansiyaları bağlandı

24.11.2019 10:21:19

İqtisadiyyat

Bakı Metropoliteninin təmas relsində nasazlıq yaranıb.

“Qafqazinfo” Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə aparılır.

QSC-dən bildirilib ki, hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib