Dərc edilib: 24-11-2019

https://www.nuh.az/21386-.html

"Adil İsgəndərov atamın intiqamını məndən aldı" (VİDEO)

24.11.2019 19:05:44

Region

Xalq artisti Rafael Dadaşov filmlərə az çəkilməsinin səbəbini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, aktyor bu haqda "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, şəxsi münasibətlərin qurbanı olub:
"İncəsənət sahəsində şəxsi münasibətlər olmamalıdır. Rəhbərlik tərəfindən mənə münasibət başqa idi. Universitetə imtahan verəndə Adil İsgəndərov dedi ki, sən get, niyə gəlmisən? Mən də durub getdim. Rektor Rahib Hüseynov saxladı məni və geri qaytardı. Sonra onunla mübahisəm düşdü. Dedi ki, səni Adil İsgəndərov inistituta götürmürdü. Ona dedim ki, kişi ol, atanın qisasını övladan almazlar. Onda anladım ki, niyə məni filmə çəkmədilər. Adil İsgəndərov uzun illər kinostudiyanın rəhbəri olub. "Dəli Kür", "Qayınana" kimi filmlərə çəkilməli idim, qoymadı. "Var olun qızlar" filminə çəkiləcəkdim. Dedilər ki, Adil İsgəndərov qoymur".

NUH informasiya agentliyi səhifəsindən çap edilib