Dərc edilib: 24-11-2019

https://www.nuh.az/21395-.html

Bu şəxs 286 dəfə 286 ayrı qadınla evlənib

24.11.2019 22:47:53

LIVE

Banqladeşli Zakir Hüseyn Bapari adlı şəxs dünyanın bir çox yerində qadınları aldadaraq 286 dəfə dini nikaha girib.

Paytaxt Dəkkədə tutulan 38 yaşlı fırıldaqçı Bapari 12 ildir ki, qadınları aldadıb, onlarla dini nikaha girirmiş. Hadisə bu yaxınlarda Dəkkədə bir qadının təcavüzə məruz qaldığı və aldadıldığı iddiası ilə başlayan istintaq işində üzə çıxıb.  
Polis fırıldaqçını tutmağa müyəssər olub. Araşdırma nəticəsində məlum olub ki, Zakir Hüseyn Bapari 286 qadınla evlənib.
Polis Baparinin guya Londonda ali təhsil alıb, müəllimlik etdiyini söyləməklə qadınları yoldan çıxardığını müəyyənləşdirib.
Hadisə ilə bağlı araşdırma davam edir. (oxu.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib