Dərc edilib: 24-11-2019

https://www.nuh.az/21397-.html

İranda 1000-ə yaxın etirazçı saxlanıldı

24.11.2019 23:17:44

LIVE

İranda aksiyalarda daha 180 nəfər saxlanılıb.

 

  “Qafqazinfo” “İRNA” agentliyinə istinadən xəbər verir ki, saxlanılanlar vətəndaşları dövlət əleyhinə çıxışlara çağırmaqda, dövlət müəssisələrinə, polis bölmələrinə və hərbi obyektlərə hücumda günahlandırılır. Qeyd edək ki, İranda benzinin qiymətinin 50% bahalaşmasından sonra etiraz aksiyaları keçirilir.

 

İranda kütləvi nümayiş və iğtişaşlar zamanı minə yaxın insan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. “Qafqazinfo”nun xarici mətbuata istinadən məlumatına görə, etiraz aksiyaları ölkənin 1080 şəhər və yaşayış məntəqələrində qeydə alınıb. Nümayişçilərin hüquq mühafizə orqanları ilə toqquşması nəticəsində təhlükəsizlik xidmətinin əməkdaşları ölüb. Ölümlərin böyük qismi etirazçıların neft anbarları və hərbi obyektlərə hücum etmək niyyəti ilə bağlıdır. Kirmanşah əyalətinin qubernatorunun sözlərinə görə, eyni anda bir neçə terror qruplaşmasının döyüşçüləri İranda etiraz dalğasını alovlandırıb. Qubernatorun qeyd etdiyi kimi, məhz bu insanlar polislərə hücum edib və ictimai mülkü dağıdıb. Qubernator onların qanun qarşısında cavab verəcəklərini bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib