Dərc edilib: 25-11-2019

https://www.nuh.az/21403-.html

Bakıda tanınmış rəqqasə həbs edildi

25.11.2019 01:21:38

LIVE

akıda oğurluq etmiş rəqqasə barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsində N.Nəsirzadə barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni, oğurluq – qabaqcadan əlbir olan şəxslər tərəfindən törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə 2 nəfər zərərçəkən şəxs qismində tanınıb. Onlardan biri kişi, digəri isə qadındır.
Artıq polisdə açılan işin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Şəlalə Həsənovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 3-də keçiriləcək.
Qeyd edək ki, oğurluqda şübhəli bilinərək tutulan N.Nəsirzadə tanınmış rəqqasədir və bir sıra beynəlxalq tədbirlərdə iştirak edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib