Dərc edilib: 25-11-2019

https://www.nuh.az/21420-.html

Abel Məhərrəmov da təltif edildi

25.11.2019 21:39:40

İdman

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə təltif edilənlər arasında universitetin sabiq rektoru Abel Məhərrəmov da var.

O, Prezident tərəfinfən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Məhərrəmov Abel Məmmədəli oğlu BDU-nun "Üzvi kimya" kafedrasının rəhbəridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib