Dərc edilib: 26-11-2019

https://www.nuh.az/21437-.html

Bakıda daha bir tələbə zəhərlənərək öldü

26.11.2019 12:34:00

LIVE

Bakıda daha bir tələbə zəhərlənmə nəticəsində vəfat edib.

 publika.az  xəbər verir ki, İqtisad Universitetinin 4-cü kurs tələbəsi Məhyəddinov Ramil Adil oğlu Sabunçu rayonu ərazisində yaşadığı mənzildə dəm qazından zəhərlənib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib