Dərc edilib: 26-11-2019

https://www.nuh.az/21443-.html

Qarabağ qazisi nazir Muxtar Babayevə müraciət etdi

26.11.2019 15:51:36

Mədəniyyət

Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, döngə 2, ev 1 ünvanda ailə üzvləri ilə  yaşayan Qarabağ qazisi Fikrət Tağıyev NUH.az saytına müraciət edib. Müraciəti olduğu kimi dərc edirik: 

 

" Mən ailəm və uşaqlarımla birgə uzun müddətdir ki, Yeni Suraxanı qəsəbəsində yaşayırıq. Son vaxtlar müxtəlif müəssisə və şirkətlər  sənaye tullantılarını, zəhərli-toksik maddələri  yaşadığımız ərazinin yaxınlığına boşaldırlar. Həmin zəhərli maddələr əslində konteynerə doldurulub basdırılmalıdır. Buna əməl edilmədiyi üçün ətrafda yaşayan sakinlərin ağzı quruyur, ürəkbulanma, başgicələnnmə halları baş verir. Bütün günü gözlərimiz  yaşarır. Zəhərli maddələrin iyisindən dayanmaq olmur. Ətrafda zəhərli maddələrdən ibarət təpələr yaranıb. Nəticədə həyətyanı sahəmizdə saxladığımız toyuqlar, ev quşları tələf olur". 

 

Qarabağ qazisi qeyd edir ki, dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar Xəttinə, müvafiq şöbələrinə müraciət etsək də heç bir nəticə yoxdur. 

 

Redaksiyadan:

Cənab nazir Muxtar Babayev ! 

 

Rəhbərlik etdiyiniz nazirliyin əsas funksiyası ölkə ərazisində əhalinin sağlam ekoloji mühitdə yaşamaq hüququnu təmin etmək, toksiki və qeyri-toksiki, radioaktiv və məişət tullantılarının əmələ  gəlməsinə, basdırılmasına və zərərsizləşdirilməsinə dövlət nəzarətini həyata keçirməkdir. 

Cənab nazir! Suraxanı sakini olan Qarabağ qazisi sizdən kömək istəyir. 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib