Əsasən tibb bacıları institut direktoru Gülnaz Dadaşovaya belə antisanitar qaydada xəstələrlə təmasda olmağın qanunsuz olduğunu bildiriblər. Həmçinin noyabr ayının son günləri olmasına baxmayaraq, institutda hələ də istilik sistemi işə salınmayıb. Soyuq otaqlarda işləyən həkimlər məcburiyyət qarşısında elektrik qızdırıcılarından istifadə edir. Xəstələr isə xəstəxananı tərk edirlər.
Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, su böhranının konkret səbəbləri bilinmir. Gün ərzində instituta çox zəif gücdə bir necə saatlıq su verilir. Bu barədə baş direktor Gülnaz Dadaşovanın təminat işləri ilə məşğul olan xalası oğlu xəstələrə və tibb bacılarına bildirib ki, istlik sistemi köhnədir və yenidən qurulması üçün 15 min manata yaxın vəsait lazımdır.
Daha bir maraqlı məqam isə hazırda xəstəxana otaqlarına led lampaların qoyulması üçün 15 manatdan pulun toplanmasıdır. Kollektiv buna da etiraz edərək ilk öncə istlik və su probleminin həll edilməsini tələb edib. Direktor Gülnaz Dadaşovanın yaxın adamları isə etiraz edənlərə bildirblər ki, problemin həll edilməsi üçün pul toplamaq lazımdır. Bir sözlə, gənc direktorun “fəaliyyəti” nəticəsində Elmi-Tədqiqat Kardiologiya İnstitutu həm susuz qalıb, həm də donur.