Dərc edilib: 28-11-2019

https://www.nuh.az/21481-.html

Lavrov Bakıya gəlir

28.11.2019 16:14:55

Reportaj

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər edəcək.


“Qafqazinfo”nun “İzvestiya” nəşrinə istinadən verdiyi xəbərə görə, nazir 2-3 dekabr tarixlərində Bakıda olacaq. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, Lavrov səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Elmar Məmmədyarovla görüşüb danışıqlar aparacaq. 

Onun sözlərinə görə, görüş iştirakçıları iki dövlət arasında münasibətlərin inkişafı məsələlərini müzakirə edəcəklər. Siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə baş tutacaq danışıqlardan sonra xarici işlər orqanlarının 2020-ci il üçün məsləhətləşmələr planının imzalanması planlaşdırılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib